TƏBİB-in İdarə Heyəti yanında “COVID-19 infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin iclası keçirilib Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında “COVID-19 infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin iclası keçirilib.
TƏBİB-dən verilən məlumata görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iclası açaraq Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə bir çox mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb.
O bildirilib ki, artıq ölkədə ağır koronavirus xəstələrinin müalicəsi üçün “İmmun Plazma müalicəsi” metodunun tətbiq edilməsinə başlanılıb.
İclasda Koronavirus (COVID-19) infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsindəki elmi yeniliklər və ölkəmizdə tətbiqi ilə bağlı aparılan tibbi-elmi tədbirlərlə əlaqədar müxtəlif səpkili məsələlər müzakirə edilib.
Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq əmri ilə COVID-19 infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb.