Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

TƏBİB-in Nizamnaməsi təsdiqləndi

  • 2023.05.01 16:30
  • 1958 Baxış
TƏBİB-in Nizamnaməsi təsdiqləndi
Prezident İlham Əliyev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Medicina.az xəbər verir ki, Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə bu qurumun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək tapşırılıb.