TƏBİB-in İnsan Resursları Departamentinin rəhbəri Günəş Qədimova vəzifəsindən azad olunub.
"Medicina" xəbər verir ki, Günəş Qədimova TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə vəzifəsindən azad edilib.
Vüqar Qurbanovun digər əmri ilə bu vəzifəyə müvəqqəti olaraq Emin Xasiyev təyin edilib.
Qeyd edək ki, Günəş Qədimova işdən xəbərdarlıqsız və gözlənilməz çıxarıldığını bildirmişdi.
ƏBİB-in İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, Günəş Qədimovanın əmək müqaviləsinə xitam verilib:
“Müqavilə müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib”.