TƏBİB Bakıda qeysəriyyə əməliyyatından sonra ölən ana barədə məlumat yayıb.
"Medicina" xəbər verir ki, Günay Ramiz qızı Qasımova 27.07.2023-cü il tarixində saat 12:06-da “Bağırsaq keçməzliyi” diaqnozu ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə daxil olub:
“Xəstənin vəziyyəti ağır olduğundan dərhal Reanimasiya şöbəsinə köçürülüb. Xəstə 28.07.2023-cü il tarixində saat 14:50-də əməliyyata alınıb. Aparılan tibbi müdaxilələrə baxmayaraq, 29.07.2023-cü il tarixində saat 10:00-da xəstə Günay Qasımovanın bioloji ölümü baş verib. Qeyd edək ki, Günay Ramiz qızı Qasımova 05.06.2023-cü il tarixində Xəstəxanamızın Hamiləliyin Patologiya şöbəsində qeysəriyyə əməliyyatı olunub və artıq zahılıq dövrünü bitirib”.