“Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir".
"BakuPost"un məlumatına görə, bunu Oeprativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, mövsümü xəstəliklər COVID-19 simptomlarına oxşardır.
“Nə qədər ciddi karantin rejimi olsa da, xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl edək”.