Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

TƏBİB-də Novruz bayramı belə qeyd olundu

  • 2022.03.19 15:25
  • 1604 Baxış
TƏBİB-də Novruz bayramı belə    qeyd olundu


Tədbirdə TƏBİB-in rəhbərliyi, əməkdaşları və qonaqlar iştirak ediblər.


TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov kollektivi Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun misilsiz zəfəri 2 ildir ki, hər evə, hər ailəyə əsl bayram əhvalı bəxş edib.


Sonra şəhidlərimizin unudulmaz xatirəsi ehtiramla yad edilib.


Novruz bayramının əvəzsiz qonaqları Bahar qızı, Keçəl və Kosanın təbrik və maraqlı zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.


Struktur bölmələr arasında keçirilən “Xonça müsabiqəsi”ində qalib gələn xonça uşaq sığınacağına hədiyyə edilib.