“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən, xaricdə təhsil almış) işə qəbulunu elan edib.
Medicina.az xəbər verir ki, qurumdan verilən xəbərə görə, TƏBİB-in tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislərdən anket formasını https://bit.ly/3JAIFcx dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə
[email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunub.
1. Ailə həkimi-pediatr – Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX);
2. Ailə həkimi-terapevt – Cəlilabad RMX;
3. Həkim-allerqoloq – Şəki RMX;
4. Həkim-anestezioloq-reanimatoloq – Quba RMX, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (ŞMX), Gəncə Şəhər Birləşmiş Xəstəxanası (ŞBX), Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;
5. Həkim-dermatoveneroloq – Gəncə BŞX, Göyçay RMX, Cəlilabad RMX;
6. Həkim-endokrinoloq – Gəncə ŞBX, Cəlilabad RMX;
7. Həkim-fizioterapevt – Şamaxı RMX, Göyçay RMX, Lənkəran RMX;
8. Həkim-ftiziatr – Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Şəki RMX;
9. Həkim-hematoloq – Lənkəran RMX, Şəki RMX;
10. Həkim-infeksionist – Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
11. Həkim-kardioloq – Şəki RMX, Mingəçevir ŞMX, Gəncə ŞBX, Şirvan ŞMX, Şamaxı RMX, Cəlilabad RMX, Lənkəran RMX;
12. Həkim-mama-ginekoloq – Şəmkir RMX, Quba RMX, Gəncə ŞBX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;
13. Həkim-nefroloq – Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;
14. Həkim-neonatoloq – Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
15. Həkim-nevroloq – Gəncə ŞBX, Göyçay RMX, Quba RMX, Şəki RMX;
16. Həkim-neyrocərrah – Gəncə ŞBX, Şirvan ŞMX, Göyçay RMX, Quba RMX;
17. Həkim-oftalmoloq – Şəmkir RMX, Gəncə ŞBX, Şamaxı RMX, Göyçay RMX, Quba RMX;
18. Həkim-onkoloq – Göyçay RMX, Lənkəran RMX;
19. Həkim-otorinolarinqoloq – Mingəçevir ŞMX, Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
20. Həkim-pediatr – Şamaxı RMX, Lənkəran RMX, Şəki RMX;
21. Həkim-psixiatr – Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
22. Həkim-qastroenteroloq – Cəlilabad RMX;
23. Həkim-radioloq – Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Quba RMX;
24. Həkim-rentgenoloq – Göyçay RMX;
25. Həkim-revmatoloq – Lənkəran RMX, Şəki RMX;
26. Həkim-terapevt – Şamaxı RMX, Göyçay RMX;
27. Həkim-travmatoloq-ortoped – Mingəçevir ŞMX, Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
28. Həkim-ümumi cərrah – Gəncə ŞBX, Şirvan ŞMX, Şamaxı RMX, Cəlilabad RMX, Şəki RMX;
29. Həkim-ürək-damar cərrahı – Göyçay RMX;
30. Həkim-uroloq – Şəmkir RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Quba RMX;
31. Həkim-uşaq cərrahı – Göyçay RMX, Quba RMX, Şəki RMX;
32. Həkim-üz-çənə cərrahı – Göyçay RMX;
33. Şüa diaqnostikası üzrə həkim – Şirvan ŞMX, Cəlilabad RMX, Şəki RMX;
34. Təcili yardım həkimi – Şamaxı RMX, Cəlilabad RMX.
Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:
- şəxsiyyətini təsdiq edən sənəd;
- əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
- xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
- əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);
- xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
- seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).
Qeyd edək ki, sənəd qəbulu 31 avqust 2022-ci il günün sonunadək davam edəcək.
Hekim Pediatram.Sumqayitda vakansiya ile maraqlaniram