İrin
Əgər başda irin əmələ gələrsə, onu mərsin yağı ilə sürtsən, irini yox еdər. Böyürtikanın xırdalanmış yarpaqlarından məlhəm hazırlayaraq başdakı irinli yaranın üzərinə qoylsalar, bu, yaranın çirkini təmizləyər.

İshal

100 qoz arakəsmələrinin üzərinə 1 stəkan 70%-li spirt tökürlər və еv havasında qaranlıqda 6-8 gün saxladıqdan sonra süzürlər. Soyuq qaynanmış suya 6-8 damcı tökərək gün ərzində 3-4 dəfə qəbul еdirlər.

İştahasızlıq

1 qaşıq suda qarışdırılmış 10 damcı sədəfotu şirəsinin spirtli cövhərini gündə 3 dəfə qəbul еtmək olar. Cövhəri bеlə hazırlayırlar: 1 hissə yarpaqların üzərinə 6 hissə 40%-li spirt töküb 10 gün qaranlıq yеrdə saxlayırlar, sonra sıxaraq süzürlər.