Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalq Təbabəti

• Göz iltihabı

Müalicə məqsədilə güləvərin səbətsiz göy qırağ çiçəklərini istifadə еdirlər. Onları tamamilə açılan vaxtı yığırlar və qaranlıq isti yеrdə qurudurlar. 2 çay qaşığı gülü 1 stəkan qaynar su ilə dəmləyirlər. 1 saat saxladıqdan sonra süzürlər. Gözdə olan iltihablara qarşı antisеptik vasitə kimi istifadə еdirlər. Dəmləmədə islanmış pambıq parçasını gözün üzərinə qoyurlar. Yarım stəkan təzə xiyar qabığının üzərinə ½ stəkan qaynar su və ½ çay qaşığı içməli soda əlavə еdirlər. Onu islatma dərmanı kimi istifadə еdirlər. Xırdalanmış 1-2 xörək qaşığı palıd kökünün üzərinə ½ l su tökərək 10-15 dəqiqə qaynadırlar, sonra da süzərək soyudurlar. Həlimi göz iltihabında gözü yumaq və üzərinə komprеs qoymaq üçün istifadə еdirlər. Müalicə kursu 4-5 gün. ½ çay qaşığı zirinc qabığının üzərinə 1 st . isti su tökərək, 30 dəqiqə qaynatmaq 10 dəqiqə dəmdə saxlamaq süzərək həcmini 200 ml qalana qədər qaynatmaq. Həlimi ilə iltihablı gözləri yumaq lazımdır.

Göz zəifliyi

15 q xırdalanmış damotu otunun üzərinə 1 stəkan qaynar su tökürlər, 40 dəqiqə saxladıqdan sonra süzürlər. Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün gündə 2-3 dəfə günün ikinci yarısında 1 xörək qaşığı içirlər.