Gürcüstanın paytaxtı Tbilisidə son sutkada koronavirusa 194 yeni yoluxma halı təsdiqlənib.
Medicina.az xəbər verir ki, bu, son günlərdə şəhərdə virusa yoluxmada qeydə alınan rekord göstəricidir.
Günlük müqayisədə paytaxtda yoluxma sayı 57 hal artıb.
Tbilisi ilk dəfə olaraq sentyabrın əvvəlindən əsas epidemiya ocağı olan Acarıstan Muxtar Respublikasını (MR) geridə qoyub. Son 24 saat ərzində MR-də COVID-19-a 172 yeni yoluxma faktı qeydə alınıb.
Epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı olaraq Gürcüstan paytaxtında məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir. Bununla bağlı məsələyə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının oktyabrın 12-də keçiriləcək iclasında baxılacaq.