Bİrdəfəlik tibbi maskanı taxıb küçədə, nəqiyyatda, insan çox olan yerlərdə gəzdikdən sonra yalın əllə xarici səthinə, yəni üzərinə toxunmaq təhlükəlidir.
Medicina.az xəbər verir ki, yalın əllə maskanın çöl səyhinə toxunub çıxarmaq, cibə, çantaya qoymaq, yenidən götürüb taxmaq sanki virus dolu qaba əlləri salıb çıxarmağa bərabərdir.
Maskanın çöl səthi havada olan nəinki koronavirus zərrəciklərini, həmçinin digər mikrob, bakteriya, virusları da özündə 7 saat saxlaya bilir.
Ona görə yalın əllə maskanı əzmək, taxandan sonra onu atmamaq, təkrar istifadə koronavirusdan qorunmaq tədbirlərini sıfıra endirir. Siz sanki küçədə virusa bulaşmış maska ilə yaxından təmas edirsiz.
Başqasının maskasına toxunmaq da təhlükəlidir.
Maskanın yalnız ip hissəsindən tutmaq olar, maska bir dəfə çıxarıldısa o atılmalıdır. Evdəkilər çöldən gələnin maskasına əl vurmamalıdır.
Maskaya toxunduqdan sonra əllər burun, ağız, gözə vurulmamalı, dərhal sabunla yuyulmalıdır.
Sizin maskanız siz hiss etmədən düşməniniz ola bilər.
Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi
“COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.