Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tavada qızardılmış yemək xərçəng yaradırmı?

  • 2024.01.08 19:28
  • 1157 Baxış
Tavada qızardılmış yemək xərçəng yaradırmı?

Tavada, manqalda yanana,qaralana kimi əti, yeməyi qızardıb, xırçıltılı yemək sevənləri gələcəkdə xərçəng kimi təhlükə gözləyirmi?


“Medicina” xəbər verir ki, həkim Yelena Solomatina yanmış dərəcədə qızarmış yeməkləri yeməyin zərərindən danışıb.

“Həqiqətən də yanmış yeməkləri yemək olmaz, bu vərdiş xərçəng xəstəliyinə səbəb ola bilir. Yeməkləri qəhvəyi rəngə çatana qədər qızartmaq təhlükəlidir.

Kartof, toyuq, kabab, çörəkdə qızarmış xırçıltılı hissəni çox yemək onkologiyaya səbəb ola bilir.
Qızartma mərhələsində zərərli qazlar və birləşmələr yaradır.

Onlar hüceyrələrin tamlığını pozur, DNT səviyyəsində zədələyir, bununla da şiş proseslərinin inkişafına təkan verir.

İstənilən qidada tünd, qəhvəyi qızarma kanserogen akrilamid maddəsidir. Bu maddə orqanizmə nə qədər çox düşərsə, o qədər proseslər baş verə bilər”.


Aygün Musayeva