Dünyanın ən çox döyməsi olan qadını Toxie Daniellenin göz bəbəkləri belə tatu ilə örtülüb.
“Medicina” xəbər verir ki, üstəlik, onun çoxsaylı pirsinqləri, alnında buynuz implantları və çəngəl kimi haçalı dili var.
Bədən modifikasiyası həvəskarı hətta burnunun ucunu kəsdirib , amma atmayıb və onu souvenir kimi bankada saxlayır.
Toxie 2019-cu ildə necə göründüyünü göstərdikdən sonra fotodakı qızın həqiqətən Toxi olduğuna inanmaq həqiqətən çətindir. Bu fotodan sonra bir çox şərhçilər xanımı özünü bu qədər məhv etdiyinə görə qınayıblar.
Bununla belə, Toxinin modifikasiyalarını çox gözəl hesab edən insanlar var idi və şübhəsiz ki, qadın necə göründüyünə qərar vermək hüququna malik olduğuna əmin idi.
Aygün Musayeva