Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tatarıstanda Qərbi Nil qızdırmasına yoluxanların sayı artdı

  • 2024.07.29 13:15
  • 1160 Baxış
Tatarıstanda Qərbi Nil qızdırmasına  yoluxanların sayı artdı
Tatarıstanda Qərbi Nil qızdırmasına yoluxanların sayı 6 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, bu barədə TASS-a “Rospotrebnadzor”un Tatarıstan Respublikası üzrə idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhlükəli xəstəliyə ilk dörd yoluxma faktı iyulun 27-də məlum olub.

Xəstələrin hamısı qızdırma, intoksikasiya, səpgi əlamətləri ilə xəstəxanaya daxil olublar.

Bir nəfərin vəziyyəti ağırdır. O, reanimasiya şöbəsindədir. Xəstədə beynin seroz membranları zədələnib.

“Xəstələrin hamısı respublika sakinləridir, heç yerə getməyiblər. Onların harda yoluxa biləcəyi məlum deyil”, - deyə baş həkiminin müavini Rustam Fahurtdinov bildirib.

Mütəxəssislər bölgədə epidemiya əleyhinə tədbirlər həyata keçirib.

Xəstələrin yaşadıqları və istirahət etdikləri yerlərdə ağcaqanadlar tutularaq yoxlanılıb, Qərbi Nil qızdırması virusu aşkar edilməyib.


Aysel