Perunun Nazca bölgəsində qəribə formalı mumyalanmış cəsəd tapılıb.
Medicina.az xəbər verir ki, cəsədin indiyə qədər tarixə məlum olmayan bir insan mövünə aid ola biləcəyi düşünülür.
Bu iddia ingiltərəli araşdırmaçılar tərəfindən söylənilib.Onlar mumyanın DNT və karbon analizi testlərini götürüblə. Cəsədin isə 1800 yaşında ola biləcəyini açıqlayıblar. Cəsədin 98,5%-i insana, 1,5%-i isə bilinməyən bir növə oxşardır.
İngiltərəli araşdırmaçı və sənədli film prodüseri Stiv Mera Perudakı cəsəddən bir neçə DNT nümunəsi alıb. Mera bu tapıntının tarixi yenidən yaza biləcəyinə inandığını deyib.
İncə, uzun başı və üç barmağı olan mumyalanmış cəsədin bir qadına aid olduğu ehtimal edilir. 21-ci əsrin ən böyük kəşflərindən biri olan bu mumyanın gerçəkliyi Şri-Lankanın Geneteç Labaratoriyasının professorları tərəfindən də təsdiq edilib.