Düşüncə gücü ilə müalicə və insan enerjisi mövzularında kitabların müəllifi türkiyəli Metin Haranın həbs edilmə təhlükəsi var.
Medicina.az xəbər verir ki, bir vətəndaş yazarın tibb təhsilinin təsdiq edən diplomunun olmadığı təqdirdə özünü həkim adlandırdığı üçün polisə şikayət edib.
Artıq məşhur yazarın haqqında araşdırmaya başlanılıb və ona aid olan " İnsana Güven Eğitim Danışmanlık" adlı şirkətinin fəaliyyət icazəsi olmadığı aşkarlanıb. Şirkəti möhürlənən yazar haqqında araşdırmalar davam edir.
M.Hara isə bildirib ki, tibbi müayinə və müalicə etməyib. Sadəcə olaraq kitablarında fəlsəfədən danışıb.
Araşdırmalar onun qanunsuz həkimlik fəaliyyəti ilə məşğul olduğunu sübut edərsə, tanınmış yazarı həbs gözləyir.