Tanınmış xanəndə Tuqay İsmayılov vəfat edib.
Medicina.az xəbər verir ki, gənc xanəndə bir neçə gündür, yoluxduğu koronavirusa təslim olub.
T.İsmayılovun COVID-19-a yoluxduğu 10 gün imiş, lakin bundan xəbəri olmayıb. O, xəstəxanaya yerləşdirilməyib, öz evində rəhmətə gedib.
Mərhum xanəndə bu gün saat 13:00-da Şüvəlan qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!