Azərbaycanda tanınmış vəkil koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə "Report"a Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, VK-nın Rəyasət Heyətinin üzvü vəkil Muxtar Mustafayev bir müddətdir COVID-19-a yoluxub və hazırda dövlət tibb müəssisəsində stasionar şəraitdə müalicə alır:
“Bu gün bir neçə günlük fasilədən sonra özü ilə şəxsən təmasda oldum. Muxtar müəllimin sağlıq durumu normaldır, ona göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını bildirdi”.