Uşaq cərrahı, dr.Toğrul Ömərov mükafata layiq görülüb.
"Medicina" xəbər verir ki, cərrah Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Bakı Sağlamlıq Mərkəzində çalışan həkimə fərmanı xəstəxananın icraçı direktoru Asiman Həsənov təqdim edib.
Toğrul Ömərov mükafata layiq görüldüyünə görə Səhiyyə naziri Teymur Musayev və BSM-in direktoru Asiman Həsənova təşəkkürünü bildirib.
Aygün Musayeva