Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudova Özbəkistan Respublikası Namangan Dövlət Universitetinin "Fəxri Professoru" adı verilib.
"Medicina" xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla bütün kollektiv Dr. Rəşad Mahmudovu bu münasibətlə təbrik edib.