10 iyun Azərbaycanın tanınmış və peşəkar ortoped- travmatoloq cərrahlarından biri Sənan Aşirovun ad günüdür.
O, 2006-2008-ci illərdə Sankt-Peterburqda Kliniki Ordinatura Travmatologiya və Ortopediya ixtisası üzrə təhsil almışdır.2010-cu ildən Türkiyənin Florence Nighingale xəstəxanasında internatura keçmişdir.
2009-cu ildə - N.Tusi adına Klinika
2010-cu ildə Türkiyənin Frolence Nightingale xəstəxanası
2014-2019-cu illərdə Grand Hospitalda çalışıb
2019- cu ildən Funda klinikasında çalışır.
Bu günə kimi müxtəlif 70 əməliyyat icra etmişdir.
Sənan Aşirov çox uğurlu endoprotez əməliyyatları, bud, çiyin çıxıqları, eləcə də qəzalarda qopmuş ətrafların yerinə uğurla nəql edilməsi kimi riskli əməliyyatlarla seçilir.
Azərbaycanda çox yaşlı, hətta digər həkimlərin risk edib sınıq, çıxıq, travma, protez əməliyyatına almadığı 80-90 yaşlı xəstələri də əməliyyat edərək, ölümdən xilas edib.
Sənan Aşırovu doğum günü münasibətilə
Medicina.az saytı adından təbrik edir, ona həkim cərrah olaraq möhtəşəm nailiyyətlər arzu edirik.
Həkimin bəzi əməliyyatlarından videoları təqdim edirik: