Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış telejurnalistlər evləndilər

  • 2025.03.31 17:23
  • 370 Baxış
Tanınmış telejurnalistlər  evləndilər

Tanınmış telejurnalist, Anewz televiziyasının direktoru Rüfət Həmzəyev Real TV-nın aparıcısı Vəfa Ağabalayeva ilə evlənib.

Medicina.az bakupost-a xəbər verir ki, Vəfa Ağabalayeva bugünki efirinə Həmzəyeva soyadı ilə çıxıb.

Qeyd edək ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb. Vəfa Ağabalayeva da Real TV-dən öncə AzTV-də işləyib.

Bu, hər iki şəxsin ikinci evliliyidir.