Tanınmış rejissor Anar Hüseynov dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova paylaşım edib.
“Bu ölüm sənə heç yaraşmadı, ay Anar”, - deyə, Rəqsanə bildirib.
Qeyd edək ki, A. Hüseynov Azərbaycan şou-biznesinin bir çox tanınmış simaları ilə əməkdaşlıq edib.
***
Mərhumun qardaşı Vüqar Hüseynov Axşam.az-a onun ölüm səbəbini açıqlayıb:
“Şəkər xəstəsi idi, insulin vuruldu. Şəkəri qalxıb, komaya düşdü. Həyatını xilas etmək mümkün olmadı”.