Tanınmış rusiyalı psixoloq, aparıcı Andrey Kurpatovun uzun illər köməkçisi olmuş Aleksey İevskiyə hökm oxunub.
“Medicina” xəbər verir ki, Sankt-Peterburq məhkəməsi ona 6 il həbs cəzası verib.
Aleksey dələduzluq və külli-miqdarda oğurlu maddəsi ilə ittiham olunub.
Belə ki, o Kurpatovu inandıraraq, bağ evi tikintisi, mənzil və Porşe avtomobili almaq üçün pulları ona verməyə nail olub. Ümumilikdə 2 il ərzində 33 milyon rubl mənimsənilib.
Eləcə də onlayn kursların satışından əldə olunan məbləğin 50%-ni Kurpatova verəcəyi ilə razılaşsa da, xeyli miqdar pulu gizlədib.
Azadlıqdan məhrum edilən Aleksey 75 milyon maddi zərəri də ödəməlidir.
Əks təqdirdə onun həbs müddəti uzadıla bilər.
Kurpatov özü səs-küylü məhkəmənin son iclasına gəlməyib. Aleksey özünü heç bir maddə ilə təqsirli bilmir. O, Kurpatovun ondan istifadə etdiyi və şər atdığını bildirib.
Aygün Musayeva