Son illərdə şou-biznesdə əksər xanım sənətçilər arıqlamaqları ilə gündəmə gəlirlər. Onlar arasında təbii yolla, yəni pəhriz saxlayıb idman edənlər əlbəttə ki, azlıq təşkil edir. İncəsənət nümayəndələri qüsursuz bədənə sahib olmaq üçün həkimlərə müraciət edir, liposaksiya etdirmək niyyətinə düşürlər.
Medicina.az xəbər verir ki, müğənni Bahar Lətifqızı da məhz bu əməliyyat yolu ilə nə az, nə çox -düz 18 kiloqram arıqlayıb. "APA TV”-nin "Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, 76-dan 58 kiloqrama enib:
"Bu əməliyyatla piylərim çıxarıldı. Xeyli vaxt idi artıq çəkidən əziyyət çəkirdim. Boynuma alıram, acgözəm, çox yeyirdim. Normalda insan 1 alma yeyər və bununla kifayətlənər. Amma mən 5 alma yeməsəm, doymuram. Əməliyyat vasitəsilə mədəmi kiçiltmədim, sadəcə, piylərdən qurtuldum. Düz 11 saat narkozda qaldım, 6 saat da əməliyyatım çəkdi. Əməliyyat zamanı çəkdiyim o ağrıları indi düşünüb, nəfsimə güc gəlirəm. Elə bilirdim ki, nəfsimi qoruya bilmərəm. İnsan hər əziyyətə qatılaşa bilər".