Tanınmış yazıçı, jurnalist Aysel Aydın Əlizadə Bakıda qadınların nömrələrini icazəsiz əldə edib, onlara zəng edərək, estetik klinikaya kosmetik prosedurlara dəvət edən estetik mərkəzə gedərək, onları ifşa edib.
Medicina.az xəbər verir ki, Aysel Əlizadə bu dəfəki zəngdən sonra şəxsən klinikaya gedərək, onu çəkib, sosial şəbəkədə canlı yayımla ifşadici müraciət edib.
“Baxın bu Rəşid Beybudov küçəsində yerləşən AESTETİK LAB, əvvəllər VİP Style olan estetik klinikanın fırıldaqçılığndan xəbərdar olun. Yüzlərlə qadının nömrələrini hardansa əldə edir, ya bir-birinə ötürüb, onlara zəng edərək, müxrtəlif vədlərlə aldadıb, klinikaya gətirirlər.
Bunlar bir şəbəkədir. İllərdir qadınlara, eləcə də mənə zəng edirlər. Pulsuz müayinə, kompaniyaya düşmüsüz, endirim olacaq deyə dəvət edirlər. Dayanmadan nömrələri yığırlar.
Bütün karantin dövründə zəng ediblər: Aysel xanım pulsuz üzə qulluq kompaniyasına düşmüsüz, pulsuz baxım düşüb. Əl çəkmirlər. Xəbərdar etmişəm ki, zəng etməyin, sizi şikayət edəcəm. Axırı bu gün gəldim ünvana. Bu şəbəkə illərdir qadınları aldadır, soyur. Bunların sahibini, yiyəsini tapmaq lazımdır və tapacağam”.
Aysel Əlizadə bildirib ki, klinikaya gedən qadını o dərəcədə ustalıqla tilova salıb, inandırırlar ki, 3000-5000 manatlıq kremlərinii, maskalarını satırlar. Pulu çatmayana kreditlə ödənişə verirlər. Təki mallarını sırısınlar. Bir müddət sonra isə o yeri bağlayıb, başqa yerdə ofis açırlar.