Tanınmış müğənni Sevda Sanalıyeva böyük stress keçirib. İfaçının oğlu xəstəxanaya çatdırılıb.
Medicina.az xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün xəbərci.az ifaçı ilə əlaqə saxlayıb:
"Bəli, doğrudur. Havadan oldu, ya virusdur nədir bilmədik ... Oğlum çox pis xəstələnmişdi. Hərarəti get-gedə lap çoxalırdı. Təcili yardımla xəstəxanaya çatdırdıq. Uşağın halı çox pis idi. Gedib o dünyanı görüb, gəldim. Amma şükür indi artıq hər şey yaxşıdır, həkimlər sağ olsun".