Bakı Sağlamlıq Mərkəzinin (BSM) baş həkimi Elxan Hacıyevin 60 illik yubileyi qeyd olunub.
Medicina.az xəbər verir ki, yubiley tədbirində çıxış edən Mərkəzin icraçı direktoru Asiman Həsənov yubilyarın məhsuldar fəaliyyətindən, yüksək mənəvi və insani keyfiyyətlərindən bəhs edib. O, Elxan Hacıyevin ölkəmizin səhiyyə sistemi üçün hər zaman ürəkdən çalışdığını, quruculuq işlərində mühüm addımlar atdığını bildirib, baş həkimə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə, həmçinin BSM-in tibbi və inzibati heyəti Elxan Hacıyevi 60 illik yubileyl münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, səhiyyəmizin inkişafı yolunda nailiyyətlər arzulayıblar.