Azərbaycanın tanınmış alqoloq və fleboloqu, t.e.n Zülfüqar Yusifovun oğlu Elxan Yusifov Zürix Universitetində ”Primary Cilia are impotant for Neural Circuit Formation in Peripheral Nervous System” mövzusunda tezisini uğurla müdafiə edərək, doktorantura mərhələsinə yekun vurub.
“Medicina” xəbər verir ki, Neuroscience-Neyroelm dünyada yeni istiqamət olub, çox az sayda aparıcı elm ocaqlarında tədris olunur. Bu sahə yeni təbabəti, insan ömrünün uzanmasını, iqtisadiyyatı ,marketinqi və daha nələri daha uğurlu dizayn etmək məqsədilə yaradılıb və Azərbaycanda bu sahə üzrə mütəxəssis yoxdur.
“ Hər şeyə beyinlə təsir edərək, problemləri beyinə təsir edərək həll etmə yolunu tutduq. Ancaq nə qədər çətinmiş, nə qədər mürəkkəb və dərinmiş, gözlənildiyindən uzun, daha böyük əmək,enerji, inad,ağıl və ardıcıllıq tələb edən, bütün bunlarla yanaşı gözlənildiyindən daha lazımlı və insanlıq üçün daha ümidverici sahəymiş neuroscience!
Bundan əvvəl Toronto Universitetində Bakalavr, sonra Zürixdə magistr mərhələsini keçib, bu günkü nəticəyədək keçilən əziyyətli, şərəfli və uğurlu yol Elxan timsalında digər gənclərimiz tərəfindən də müxtəlif sahələrdə dili, dini, mədəniyyəti fərqli olan ölkələrdə bənzər uğurların qazanılması valideyin, ailə sevincimizlə yanaşı, milli kimliyimizin gücünü artırmaqda və vətənimiz,dövlətimiz adına pozitiv beynəlxalq xallar gətirməkdədir.
Millətimizə, Dövlətimizə, Vətənimizə xeyirli olsun, dəstək olan bütün dostlara və yaxınlara, professor, müəllim heyətinə dərin təşəkkürlərimi bildirirəm” – deyə həkim sevincini bölüşüb.
Aygün M
Medicina.az