Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış həkim şöbə müdiri təyin edildi

  • 2023.01.31 16:33
  • 2847 Baxış
Tanınmış həkim şöbə müdiri təyin edildi

Tanınmış həkim Şahin Məmmədov Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


"Medicina" xəbər verir ki, tibbi ekspert kimi də mətbuatda aktiv olan həkim 8 ildən artıq bu mərkəzdə anestezioloq-reanimatoloq olaraq çalışıb.


Mərkəzin direktoru, professor Elmar Qasımov onu uğurlu fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edərək, mərkəzin Anesteziologiya Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri vəzifəsinə təyin edib. .

"Bundan sonra Masallı, Gəncə və Şəki filiallarının anesteziologiya xidmətinə də nəzarət edəcəyəm. Qeyd edim ki mərkəzimizin 12 əməliyyatxanası 24/7 anestezioloji xidmət göstərir.

Xəstələrimiz əsasən uşaqlar, yenidoğulmuşlar və yanaşı xəstəlikləri çox olan yaşlı insanlardır.

İşin məsuliyyətini yaxşı dərk edirəm. Çalışacam mənə göstərilən etimadı doğruldum, bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlim", - Şahin Məmmədov qeyd edib.