Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış cərrahdan Səhiyyə Nazirliyinə ittihamlar: “Sizin məqsədiniz nədir?”

  • 2017.11.24 18:35
  • 84881 Baxış
Tanınmış cərrahdan Səhiyyə Nazirliyinə ittihamlar:  “Sizin məqsədiniz nədir?”
Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyə şöbəsinin müdiri Gündüz Ağayev Səhiyyə Nazirliyini Respublika Diaqnostika Mərkəzinin cərrah-uroloqu Rəşad Şolanı reklam etdiyi üçün sərt tənqid edib.

 

Medicina.az xəbər verir ki, o, nazirliyin rəsmi internet saytında R. Şolanın 15 kriptoxizmli uşaq üzərində əməliyyat həyata keçirməsiylə bağlı yerləşdirilən xəbəri sosial şəbəkədə paylaşıb və adıçəkilən həkimin uşaq cərrahı olmadığını deyib. G. Ağayev Rəşad Şolanın uşaqları əməliyyat etməyə ixtiyarı olmadığını vurğulayıb.

 

Cərrah qeyd edib ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşları tabe olduqları qurumun profilizasiya haqqında əmrlərinin pozulmasını reklam edirlər.

 

Doktor bildirib ki, bu əməliyyatın şişirdilmiş reklamı da düzgün deyil. Çünki beynəlxalq protokollara əsasən orxidopeksiya sonsuzluqdan azad etmir, sadəcə riski azalda bilər. Gündüz Ağayev dövlət xəstəxanalarında kriptoxizmə görə hər il yüzlərlə əməliyyatlar edildiyini, lakin bunun Səhiyyə Nazirliyinin mətbuat xidməti tərəfindən işıqlandırılmamasından narahatlığını dilə gətirib. "Doktor Rəşad Şolan uşaq cərrahı deyil. Onun uşaqları əməliyyat etməyə ixtiyarı yoxdur.

 

Türkiyyədə də kriptorxizmi olan uşaqları ancaq uşaq cərrahları əməliyyat edə bilər. Səhiyyə Nazirliyinin mətbuat xidməti Səhiyyə Nazirliyinin profilizasiya haqqında əmrlərinin pozulmasını reklam etməkdə nə məqsəd güdür? 


1. Orxidopeksiya sonsuzluqdan azad etmir, riski azalda bilər.

2. Dövlət xəstəxanalarında uşaq cərrahları tərəfindən hər il yüzlərlə uşaq kriptorxizmə görə əməliyyat olunur. Səhiyyə Nazirliyinin mətbuat xidməti niyə görə bunu işıqlandırmır?” 

 



Məlumat üçün bildirək ki, Rəşad Şalov Respublika Diqnostika Mərkəzində Böyrək xəstəlikləri şöbəsinin müdiridir.


Xatırladaq ki, Medicina.az bir müddət əvvəl dövlət xəstəxanalarında həyata keçirilən və Azərbaycan səhiyyəsinin uğuru sayıla biləcək unikal əməliyyatlar barədə silsilə yazılar yayınlayırdı. Lakin Səhiyyə Nazirliyinin mətbuat xidməti əməliyyatın icra olunduğu xəstəxananın adı və fotolar olmasına rəğmən, həmin unikal əməliyyatları təkzib edib edən məlumat yaydı. Hətta bəzi həkimlərə belə məlumatları yaymaq qadağası qoyuldu. 


Maraqlıdır ki, Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında həyata keçirilən unikal əməliyyatları qabartmaq və səhiyyəmizin uğurlarını ön plana çəkmək əvəzinə, təkzib edir, lakin özəl xəstəxanada həyata keçirilən sadə əməliyyat barədə saytlarında yazı yerləşdirir və onları reklam edirlər.

 

Tanınmış cərrahdan Səhiyyə Nazirliyinə ittihamlar:  “Sizin məqsədiniz nədir?”