Lider TV-nin əməkdaşı Zərifə Çobanzadədə xərçəng xəstəliyi üzə aşkarlanıb.
Medicina.az. xəbər verir ki, qarın boşluğunda onkoloji şiş biruzə verən Zərifə xanım artıq bir neçə gündür Milli Onkologiya Mərkəzində müalicəyə başlayıb.
Z.Çobanzadə xəstəlikdən qorxmadığını deyir:
"Mən güclü qadınam, xəstəlikdən qorxmuram. Tezliklə bu bəlaya qalib gələcəyəm. Onkologiyada döyüşlərim başladı. Bu çətin döyüşdə mənə dəstək olan dəyərlimiz Fəxriyyə Xələfovaya, sevimli millət vəkilimiz Qənirə Paşayevaya və MOM-un baş həkimi Azad Kərimliyə dərin minnətdarlığımı bildirirəm".
Z.Çobanzadə planlaşdırılmış cərrahiyyə əməliyyatının təxirə salındığını deyir: "Əməliyyat olunmalıyam, qanımda şəkərim normaya düşmədiyindən təxirə salındı. Gözləyirik..."
Xanım aparıcı "facebook" hesabında belə duyğulu paylaşım edib: Mənə görə narahat olan dostlar, siz varkən mən çox güclüyəm! Əzrailin mənə gücü çatmaz məncə. Hələ görüləcək çox işlərimiz va".
Qeyd edək ki, Zərifə Çobanzadə "Xeyirli axşamlar" və "Kalorit" proqramlarının layihə rəhbəri və aparıcısı olub.