2003-cü ildə SARS (Şiddətli Kəskin Respirator Sindromu) epidemiyasını ilk dəfə kəşf edən məşhur alim Zonq Nanshan hələ ki, vaksini tapılmayan koronavirusun bütün dünyada bitəcəyi tarixi açıqlayıb.
Medicina.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis Covid-19-un bu ilin iyununda sona çatacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, artıq xəstəlikdən sağalan pasiyentlər arasında da yenidən yoluxma halı sürətlə azalmağa başlayıb.
Son statistikaya görə, dünyada 126 min 380 nəfər koronavirus daşıyıcısıdır. Xəstəlikdən ölənlərin sayı isə 4634 nəfərdir. 68 min 313 nəfər isə sağalıb.