Ötən gün səhhətində ciddi problemlər yaşanan və təcili əməliyyat olunan aktyor Vidadi Həsənovun ürəyinə stend yerləşdirilib.
Medicina.az xəbər verir ki, əməliyyat Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində baş tutub.
Hal-hazırda palataya köçürülən aktyorun vəziyyəti stabildir. Həkimlər bu gün səhər əməliyyat zamanı qoyulan tikişlərinin söküldüyünü bildiriblər.
Qeyd edək ki, 61 yaşlı Əməkdar artist Vidadi Həsənov Azərbaycanın görkəmli teatr və kino xadimidir. YUĞ Dövlət Teatrı yarandığı vaxtdan bu günədək orada çalışır, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. O, hamı tərəfindən sevilən "Bəyin oğurlanması", "Hökmdarın taleyi", "Fatehlərin divanı", "Qala" və s. filmlərdə müxtəlif səpgili yadda qalan obrazlar yaradıb.
2016-cı ildən "M. Teatr Production"ın bədii rəhbəridir.