Bəzən insanlar elektrik lampasını söndürmədən yatırlar, halbuki beyin üçün tamamilə qaranlıqda yatmaq vacibdir.
Gecə işığı söndürmədən yatmaq, təbii yuxu və oyaqlıq ritmini pozur.
Yataq otağı süni işıq mənbələri ilə doludur: faktiki işıq lampalarından əlavə, televizor, kompüterlər, smartfonlar da var.
“Medicina” xəbər verir ki, yuxu üzrə mütəxəssis Ana Luiza Aqamenin sözlərinə görə, orqanizmdə ifraz olunan melatonin hormonu yuxunu tənzimləyir. Melatoninin ifrazı gecənin ortasında zirvəyə çatır.
Gecə gec saatlarda daimi işığa məruz qalmaq melatonin ifrazına mane olur. Nəticədə yuxusuzluq və digər ypozğunluqlara səbəb olur.
Melatonin həm də qan təzyiqi və bədən istiliyinin aşağı düşməsinə kömək edir, ona görə də axşam saatlarında parlaq işığa məruz qalmaq bu proseslərə mane ola bilər.
Qaranlıqda yatmaq sağlamlığa belə təsir edir:
1. Melatonin istehsalının yaxşılaşdırılması.
2. Xroniki xəstəliklərin riskini azaldır - Son tədqiqatlar göstərir ki, gecə parlaq işığa məruz qalma diabetdən xərçəngə qədər xəstəliklərin riskini artıra bilər.
3. Depressiya riskinin azalması - Araşdırmalar göstərir ki, gecələr hətta az işığa məruz qalma yaşlı insanlarda depressiya riskini artırır.
Keyfiyyətli yuxu üçün qara pərdələrdən və ya jalüzlərdən istifadə edin, yatmazdan öncə bütün cihazları söndürün.
Aygün Musayeva