Mütəxəssislər bildirirlər ki, biolojidən fərqli olaraq, başqa bir saata uyum göstərməyə çalışmaq metobalizmanı pozan önəmli bir faktordur.
Tam oyanacağınız saatda zəngli saat qurun çünki...
Zəngli saat adlanan oyandırma sistemlərini sabahın erkən saatlara ayarlayıb, 5 və ya 10 dəqiqə gecikdirmək yuxunu pozan bir haldır. Yuxunun dərin mərhələsi sabaha qarşı olur. Əgər zəngli saat quracaqsınızsa, oyanacağınız saatda qoymaq lazımdır. Bunu ləğv edib, vaxtı uzatmaq düzgün deyil. Çünki nə qədər uzatsaq yuxu keyfiyyətinə o qədər təsir edər.
Qısa müddətlər üçün yatıb-oyanmaq yuxu normasını pozmaqla yanaşı, bədənin hər cür performansına da mənfi təsir edir.
Yuxu normasının pozulması insanın həm zehni, həm də fiziki avtikliyini, gündəlik performansını azaldır. Məktəb dönəmində belə bir halla qarşılaşmaq uşağın uğurlarına da mənfi təsir edir. Mütləq oyanmalı olduğunuz saatda zəngli saat qurun. Onu ertələməyin.