Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bu qarışımın 1 qaşığı ilə təzyiqdən və varikozdan azad olunŞüyüd, bal və pişikotu!

  • 2019.01.05 09:41
  • 27507 Baxış
 - Bu qarışımın 1 qaşığı ilə təzyiqdən və varikozdan azad olun Şüyüd, bal və pişikotu!

 

Təəssüflər olsun ki, qan damarları "çirklənmə” xüsusiyyətinə malikdir. Damarların divarlarında qeyri-üzvi duzlar yığılır ki, bunun nəticəsində də ateroskleroz, qan dövranın pozulması, yüksək təzyiq və varikoz kimi problemlər yaranır.

 

Buna görə də, qan damarlarının vaxtaşırı olaraq təmizlənməsi tələb olunur.

 

Medicina.az sizə bu dəfə ev şəraitində qan damarlarının təmizlənməsi üçün istifadə edilən resept təqdim edir: 


Tərkibi


100 qr şüyüd toxumu


2 x/q üyüdülmüş pişikotu bitkisinin kökü


2 l qaynanmış su 


2 x/q bal

 

Hazırlanması 


Şüyüd toxumlarını pişikotu kökü ilə qarışdıraraq üzərinə qaynar su əlavə edin. 


Qarışım 40 dərəcəyədək soyuduqda 2 x/q bal əlavə edin.

 

Dəmləmənin ağzını bağlayaraq 1 gün saxlayın.

 

Yeməkdən yarım saat əvvəl 1 x/q olmaqla qəbul edin. Müalicə kursunun 20 gündür. Daha sonra 10 gün fasilə verib kursa yenidən davam etmək lazımdır.

 

Arzu

Medicina.az

 - Bu qarışımın 1 qaşığı ilə təzyiqdən və varikozdan azad olun Şüyüd, bal və pişikotu!