Kifayət qədər su içməyin çox əhəmiyyətli olduğunu artıq hamı bilir. Su bədənimizin sağlam fəaliyyətində mühüm rol oynayır.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, su böyrəklərin düzgün işləməsini dəstəkləyir, toksinləri aradan qaldırmağa kömək edir, hüceyrələri qidalandırır və bədənin istiliyini tənzimləyir.
Bununla belə, suyu düzgün içməmək bədənə zərərli ola bilər. Xüsusilə də suyu düzgün vaxtda içməyə diqqət edilməlidir.
Su içmək üçün ən doğru zaman
Səhər oyandıqdan sonra
Səhərlər isə yuxudan oyanan kimi bir stəkan su içmək günə daha yaxşı başlamağa kömək edir. Bundan əlavə, bu vərdiş immunitet sistemini gücləndirərək bədənin xəstəliklərə qarşı mübarizəsini artırır.
Yeməkdən sonra
Su içmək üçün ən yaxşı vaxt yeməkdən təxminən bir saat sonradır. Həzmi asanlaşdırmaq və qida maddələrinin daha yaxşı mənimsənilməsi üçün ən azı bir stəkan su içmək tövsiyə olunur.
Günortadan sonra
Günortadan sonra özünüzü yorğun hiss edirsinizsə, müəyyən aralıqlarla su içməyə çalışmalısınız. Gün ərzində su içməmək yorğunluğa səbəb olur.
Nə vaxt su içmək olmaz?
* Araşdırmalar göstərir ki, yeməklərlə birlikdə su içmək həzm prosesinə mənfi təsir göstərə bilər. Ekspertlərin fikrincə, həddindən artıq su mədənin həzm prosesinə mane olur. Ona görə də yeməyin yanında içilən suyun miqdarına fikir vermək lazımdır. Əgər yemək zamanı susuzluq hiss edirsinizsə, bir neçə qurtum su içməklə susuzluğunuzu yatızdıra bilərsiniz.
* Ayaq üstə su içməyin böyrəklərə mənfi təsir göstərdiyinə və hətta iltihablı revmatizmə səbəb ola biləcəyinə dair əlamətlər var. Su içərkən əyləşsəniz, orqanizmin sudan daha səmərəli istifadə etməsinə kömək edə və böyrəkləri lazımsız yükdən qoruya bilərsiniz.
* Suyu otaq temperaturunda, ilıq halda içmək ideal seçim hesab edilir. Mümkün qədər buzlu və ya çox soyuq su istehlakından çəkinmək lazımdır. Soyuq su içmək həzm sisteminə təsir edə və bədən istiliyini aşağı sala bilər.
* Yuxu vaxtına 2-3 saat qala su içməyi dayandırmaq lazımdır.
* Həddindən artıq su istehlakı şişkinliyə səbəb ola bilər. Buna görə bədəninizin ehtiyacı olduğu qədər su içməyə diqqət etməlisiniz. Çoxlu su içməyin dəri, immunitet sistemi və həzm üçün faydalı olduğu düşünülsə də, bu doğru deyil. Həddindən artıq su içmək həzmi çətinləşdirir.
Ona görə də ən vacibi bədəninizin siqnallarını dinləmək və ehtiyaclarını düzgün qarşılamaqdır. Bədəniniz nə vaxt suya və yeməyə ehtiyacı olduğunu sizə xəbər verəcək.
Gül