Əl altında olan hər suyu içməyin faydasından çox zərəri var. Hətta elə sular var ki, onları bir müddət saxladıqdan sonra qəti surətdə içmək olmaz.
Medicina.az immunitet.az-a istinadən xəbər verir ki, hər səhər tezdən 1 stəkan soyuq su içmək orqanzim üçün çox faydalıdır. Bu qayda ilə su içmək orqanizmin təmizlənməsinə və maddələr mübdiləsinin sürətlənməsinə səbəb olur.
Bəzən səhər su içmək üçün axşamdan stəkana töküb suyu saxlayırlar. Ancaq bu edilən ən böyük səhvdir.
Axşamdan stəkana doldurulub səhərə qədər saxlanılan suyun dadı bizə adi gəlir. Məsələ ondadır ki, yataq otağında səhərə kimi ağzı açıq halda saxlanılan su öz təravətini itirir. Buna səbəb isə bizim yatarkən karbon qazı xaric etməyimizdir. Yuxu orqanizmin raharlanması üçün vacib sayılan şərtlərdəndir. Biz bu şərti yerinə yetirərkən nəfəs verdikdə toksiki hava xaric edirik. Su dolu stəkanın bizim yatağımızın yanında olduqda isə həmin su toksiki maddələri özünə çəkir.
Mütəxəssislər səhərlər acqarına su içməyi xoşlayan adamlara axşamdan yataq otaqlarına saxladıqları suyu yox, təzə və təmiz suyu içməyi məsləhət bilir.