Belə bir mif var ki, əgər siz səhər şokolad yesəniz, o zaman kökələcəksiz və orqanizmə zərərdən başqa bir şey verməyəcək.
“Medicina” xəbər verir ki, Harvard universitetinin alimləri şokoladın sutkanın müxtəlif saatlarında orqanizmə təsirini araşdırıb.
Onlar 19 qadına 2 həftə ərzində hər gün 100 qram südlü şokolad verib. Qadınların bir qrupu şokoladı səhər, digəri axşam yeyib, digərləri heç yeməyib.
Nəticələr göstərib ki, hər gün şokolad yemək vaxtından asılı olmayaraq, çəkinin artmasına səbəb olmayıb.
Amma rejim energetik balans və maddələr mübadiləsinə müxtəlif cür təsir edib. Belə ki, şokoladı səhər yemək qanda qlükozanı artırmır və yağların yandırılmasına təsir edir.
Eləcə də səhər şokolad yeyənlər daha gec acıyıb və gün ərzində az kalori qəbul edib.
Amma axşam bir dilim şokolad yuxunu yaxşılaşdırıb.
Aygün Musayeva