Su içmək insan sağlamlığı çox vacibdir. Bədəndə maye itkisi yaranarsa, bu çox ciddi fəsadlar törədə bilər. Yorğunluq, halsızlıq, iştahasızlıq kimi adi görülən problemlərin səbəbi məhz kifayət qədər su içməməklə əlaqəli ola bilər.
Medicina.az xəbər verir ki, insan orqanizmi gündəlik maye qəbulu tələbatı nəticəsində su - duz balansı qorunur. Maye itirdik də isə orqanizm orqanizmdə toksin, şlak və duz balansı pozulur. Nəticədə susuzluq əmələ gəlir.
Sağlam insan vücud ağırlığının kişilərdə 60, qadınlarda isə 50 faizi sudan ibarətdir.
Yeni doğulan körpələr üçün isə 70 faiz təşkil edir. İnsan orqanizmində bütün funksiyaların normal işləyə bilməsi üçün kifayət qədər su içilməlidir.
Su itkisinin böyüklər və uşaqlarda da müxtəlif xəstəliklərə yol aça bilir. Həmin xəstəliklər arasında mütəxəssislər əsasən bunları qeyd edir:
-Qəbizlik
-Unutqanlıq
-Baş ağrısı
-Saç tökülməsi, kəpəklənmə
-Böyrək funksiyalarının pozulması
-Əmizdirən qadınlarda südün azalması
-Böyrəklərdə qum və ya daşın yaranması məhz vücudun susuz qalması nəticəsində yaranır
Qeyd edək ki, gündə 8-9 stəkan və ya 2-2,5 litr su içmək vücudun su ehtiyacını qarşılayır.
Suyun dadını sevməyənlər, meyvə dilimləri və ya tərəvəzlərdən də istifadə edə bilərlər.