Hindistanlı 12 yaşlı oğlan nadir sümük xəstəliyindən əziyyət çəkir.
Bu vaxta kimi 100 dəfə sümüklərini sındıran uşağa “şüşə oğlan” deyirlər.
Bakupost.az xəbər verir ki, Rohit adlı məktəbli osteoporozun ağır formasından əziyyət çəkir, istənilən xəsarət, onun bədəninə qəfil toxunma sınıqla nəticələnə bilər.
12 il ərzində 100 dəfə sümüklərindən biri qırılıb.
Xəstəliyinə görə onu məktəbə aparmırlar, çünki orda sınıqları daha çox ola bilər.
Bacısı Rohitə yazmağı, oxumağı öyrədib, lakin o çox yaza bilmir. Çünki barmaqları çox ağrıyır.
Rohit müğənni olmaq arzusundadır, gələcəkdə onu xilas edəcək dərmanın kəşfinə inanır.
Aygün Musayeva
BakuPost