Dəməşq şəhərində tapılan uşaq dəhşətli görünüşü ilə bütün həkimləri təəccübləndirib.
Medicina.az xəbər verir ki, körpə hərbi qulluqçular tərəfindən xəstəxanaya gətirilib. Uşağın kilosu 2 kq-dan az və ağır vəziyyətdə olduğu üçün həkimlər onun yaşını müəyyən edə bilməyiblər. Suriyalılar körpəni "əzabımızın simvolu” adlandırıblar.
Həkimlər belə uşağın neçə gün ac və susuz qaldığını təxmin edə bilməyiblər. Aparılan araşdırmadan sonra uşağın 1 yaşında olduğu məlum olub.
Yerli sakinlər də körpəni vətəndaş müharibəsinin günahsız qurbanlarının simvolu adlandırıblar.