Əgər daha uzun ömür yaşamaq istəyirsənsə, tez-tez, iti addımlarla gəz. Bunu Lester Universitetinin alimləri yeni tədqiqatları ilə sübut ediblər.
Medicina.az xəbər verir ki, orta yaş həddi 62 olan 500.000 insanın tibbi məlumatları araşdırılaraq, belə qənaətə gəlinib ki, gündəlik yüksək tempdə gəzən qadınlar 87 yaşına, kişilər isə 86 yaşına kimi yaşayıb.
Onların yaşıdları olan, amma yavaş gəzən qadınlar 73 yaş, kişilər isə 64 yaşına kimi ömür sürüb. Fərq kifayət qədər çoxdur.
Qeyd edək ki, hələ 2011-ci ildə Amerika tibb jurnalıda dərc edilmiş materialda insanın gəzmə sürətinin onun sağlamlıq və ömür davamlılığı üçün etibarlı marker olması yazılmışdı. Yəni bir insanın yerişinə baxıb, onun nə qədər yaşayacağını təxmin etmək olar.