Sürətli şəkildə arıqlamaq bir çox insan üçün sevindirici hal olsa da, bu zaman əzələ itkisi ilə üzləşib-üzləşmədiyinizi müəyyən etməlisiniz.
Alimlər bildirirlər ki, pəhriz zamanı sürətli kilo itkisi və əhval dəyişikliyi əzələ itkisinə işarə edir. Arıqlayarkən əzələ kütləsinin itirilməsi depressiyaya səbəb olur.
Həmçinin, əzələ itkisi pəhrizdən sonra çəkini saxlamaq şansını azaldır və müxtəlif sağlamlıq problemlərinə səbəb olur.
Medicina.az bu barədə “The Conversation”a istinadən xəbər verir ki, həftədə bir kiloqramdan çox arıqlamaq əzələ itkisi ilə nəticələnir. Buna görə də, gündəlik alınan kalori miqdarını çox ciddi şəkildə azaltmamaq vacibdir. Sağlam arıqlamağı seçmək uzunmüddətli uğur baxımından da əhəmiyyətlidir.
Əzələlər istirahət zamanı belə enerji sərf edir. Odur ki, əzələlərin faizi nə qədər çox olarsa, ideal çəkidə qalmaq bir o qədər asan olacaq.
Ekspertlər bildirirlər ki, səbəbsiz yorğunluq, idman etməkdə və ya ev işləri görməkdə çətinlik çəkmək də əzələ itkisini göstərir.
Tədqiqatlar əzələ kütləsinin faizinin aşağı olmasının psixi sağlamlığa və əhvala mənfi təsir göstərdiyini sübut edib. Əhvalın dəyişməsi və narahatlıq, stress və ya depressiya hissləri arıqlamağa yanaşmanızı yenidən nəzərdən keçirməyiniz üçün bir fürsətdir. Məsələn, məşq əzələ itkisinin qarşısını alır. Hətta normal qidalanıb, sadəcə idmanla arıqlamağa çalışdıqda əzələ itkisi sıfıra enə bilər.
Kifayət qədər zülal qəbulu da vacibdir. Eyni zamanda, pəhrizdə sağlam yağlar və karbohidratlar olmalıdır.
Aysel