Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sürətli arıqlamaq qaraciyər sirrozuna - səbəb ola bilər

  • 2022.04.08 14:10
  • 3424 Baxış
Sürətli arıqlamaq qaraciyər sirrozuna    - səbəb ola bilər

Çox insanlar, xüsusən qadınlar qışda yığdıqları çəkidən qurtulmaq üçün yaya qədər ağır pəhrizlərə başlayır, qısa müddətdə arıqlamaq istəyirlər.

Özbaşına arıqlamaq cəhdləri qaraciyərin funksiyasını poza, təhlükəli sirroza səbəb ola bilər.

Bakupost.az xəbər verir ki, həkim qastroenteroloq Nataliya Marçenko arıqlamağın qaraciyərə fəsadı barədə açıqlama verib.

"Çəkinin kəskin, qəfil itirilməsi zamanı qaraciyər alışmadığı təsirə, yükə məruz qalır. Nəticədə qaraciyər hüceyrələri zədələnir.
Arıqladıqda piylər elə belə yoxa çıxmır, bütün əriyən piy, yağ qaraciyər vasitəsilə atılır.

Kəskin arıqladıqda qaraciyər bu yükə dözmür, orqan çox miqdarda öd ifraz edir, çox zaman yağların həll olmasının öhdəsindən tam gəlmir, bu yağlar qaraciyər hüceyrələrində toplanır.

Arıqlama prosesi tədricən, hissə-hissə, uzun müddətə olmalıdır. Qaraciyərin də dözümlülük dərəcəsi var.

Qaraciyərə çökən yağlar onun iltihabına səbəb olur, nəticədə bütünlükdə toxumalar fibrozlaşır, çapıqlaşır. Bu da sonda sirrozla sonlana bilər.

Ola bilər ki, insan zahirən arıqlayır, amma onun qaraciyərindən xəbəri olmur. Ciddi pəhrizlərdən sonra qaraciyəri mütləq müayinə etmək lazımdır".

Xüsusən çəkisi həddən artıq çox olan insanlar ehtiyatlı olmalıdır, çünki o şəxslərin qaraciyəri də piylənmiş olur və orqan bu qədər piyi, yağı ötürməyi bacarmır.


Aygün Musayeva
BakuPost