Son dövrlərdə sürətlə yayılan xəstəliklərin sırasına dəri xəstəlikləri də var. Bir çox insanların ciddiyə almadığı bu xəstəliklər bəzən böyük bəlalara səbəb olur.
Mövzuyla bağlı Həkim dermatoveneroloq Zamin Hacıyevin Medicina.az-a göndərdiyi yazını təqdim edirik:
Dəri xəstəlikləri dəridə səpgilər, qaşınma, qabıqlanma, çatlar , yaralar kimi təzahür edir.
Ümumiyyətlə xroniki xəstəliklər, o cümlədən də dəri xəstəlikləri əsasən yaz və payız aylarında pisləşir və ya əmələ gəlirlər.
Allergik dermatitlər, psoriazın bəzi formaları, dəmrovun bəzi növləri, ekzema əsasən yaz və payız aylarında pisləşirlər. Yaz aylarında orqanizmin vitaminsizləşməsi bu fəsildə dəri xəstəliklərinin kəskinləşməsinə səbəb olan amillərdən biridir.
Göbələk mənşəli dermatitlər, cillər, dəridə ləkələr, bişməcələr, əsasən yay mövsümündə kəskinləşir. Qış aylarında isə əsasən dəridə çatlar, quruluq, psoriazin ve ekzemanın bəzi formaları artır.
Amma bu o demək deyil ki, dəri xəstəlikləri sırf fəsillərlə bağlıdır. İrsi faktor, bəzi qidalar, qəbul edilən bəzi dərmanların əlavə təsirləri, bəzi daxili xəstəliklərin simptomu kimi dəri xəstəlikləri təzahür edə bilər.
Dəri xəstəliklərində həkim təyinatı olmadan mazlardan, kremlərdən, lasyolardan istifadə etmək qadağandır. Bu, digər xəstəliklərdə olduğu kimi dəri xəstəliyinin də bəzən pisləşməsinə, xroniki hala keçməsinə, dəridə atrofiya, teleangiektaziya kimi geridönməz proseslərə, ağır fəsadlara gətirib çıxara bilər.
Bəzi dəri xəstəlikləri yüksək kontagiozluğu ilə, yoluxucu olması ilə təhlükəlidir. Ailə daxilində, bağçada, məktəbdə, kollektivdə qoturluq, bitlilik, kontagioz molyusk, piodermiyalar, ziyil, qerpes, sifilis kimi sürətlə yayıla bilən təhlükəli yoluxucu dəri xəstəlikləri mövcuddur.
Həyatı təhlükəli dəri xəstəliklərindən pemfiqus, dəri xərçəngi, toksikodermiyalar, kəskin övrə və s. göstərmək olar.
Ona görə dəridə bir problem yaranan kim mütləq zamanında dəri həkiminə-dermatoloqa müraciət etməyi tövsiyə edirəm.
Kazan Dövlət Tibb Akademiyasının Məzunu,
Tibb xidməti Kapitanı ,
Həkim Dermatoveneroloq
Zamin Hacıyev
abbasov