Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sürətlə arıqlamaq istəyənlərin seçimi: ananaslı detoks suyu

  • 2024.07.10 11:41
  • 830 Baxış
Sürətlə arıqlamaq istəyənlərin seçimi:  ananaslı detoks suyu
Ödemi aradan qaldıran bir nömrəli meyvə ananasdır.

Ödem bədəndə həddindən artıq maye yığılması nəticəsində toxumaların şişməsidir. Adətən əllərdə və ayaqlarda ödem yığılır, lakin bədənin digər hissələrində də meydana gələ bilər.

Bu, həm estetik baxımdan xoş olmayan görüntüyə, həm də arıqlamağınız önündəki ən böyük maneyə çevrilə bilər.

Ananasın tərkibində bromelain adlı təbii ferment var. Bromelain iltihab əleyhinə xüsusiyyətlərə malikdir, bu da toxumalarda şişkinliyi və ödemi azaltmağa kömək edir. Bu ferment hətta zədələrdən və ya cərrahi əməliyyatlardan sonra ödemi azaltmaqda təsirlidir.

Ananasın yüksək su tərkibi bədənin nəm balansını qoruyur və toksinləri çıxarır.

Ananasın təsirini daha da artırmaq üçün aşağıdakı resepti sınaqdan keçirə bilərsiniz:

Tərkibi:

2 dilim ananas
1 ədəd qoz böyüklüyündə zəncəfil kökü
1 limonun suyu
1 şüşə mineral su
1 ovuc təzə nanə
1 stəkan dəmlənib soyudulmuş yaşıl çay və ya albalı sapı çayı

Hazırlanması:

Bütün inqrediyentləri blenderdə qarışdırdıqdan sonra üzərinə su əlavə edin. Ümumilikdə qarışımın 1,5 litrdən çox olmamasına diqqət edin.


Hər səhər günə bu sudan acqarına 1 stəkan içməklə başlayın. Axşam saat 8-ə qədər hazırladığınız detoks suyunu içib bitirməlisiniz.

Bu rejimə 1 həftə davam etsəniz, həm sürətlə arıqlayacaq, həm də özünüzü daha yüngül və enerjili hiss edəcəksiniz.


Aysel