Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Süpürgəçi ilə eyni maaş alırıq" - Azərbaycanda həkimdən ETİRAZ

  • 2020.03.03 16:44
  • 4812 Baxış
"Süpürgəçi ilə  eyni maaş alırıq" -  Azərbaycanda həkimdən ETİRAZ

Həkim nevropatoloq Günel Hüseynova həkim olaraq aldığı əməkhaqqının azlığından şikayətlənib:


“Həkim işləyirəm. Maaşım 329 manatdır. Həmin müəssisədə işləyən xadimə isə 300 manat əməkhaqqı alır. Maaş fərqimiz cəmi 29 manatdır. Bu nə dərəcədə düzgündür?

Absurd haldır. 6 il Azərbaycan Tibb Universitetində oxumuşam, 4 il rezidentura təhsili almışam. Həyatımın 10 ilini təhsilə həsr etmişəm. Xadimə isə təhsil almayıb və mənimlə bərabər maaş alır. Bu ağılasığmaz bir şeydir. Həmin müəssisədə tibb bacıları 450 manat maaş alır, yəni mənim maaşımdan 121 manat çox. Mən həkim-nevropatoloq süpürgəçi maaşı alıram”.

Qeyd edək ki, həkim çalışdığı tibb müəssisəsinin adını açıqlamayıb.