Dat tibb alimləri süni yumurtalar yaradaraq, ora yetişməmiş insan yumurta hüceyrələri yerləşdirərək, uğurla siçanlara tətbiq ediblər. Yumurta hüceyrələr burda 3 həftə yaşayıb.
Medicina.az xəbər verir ki, bu eksperimentin nəticələri haqqında Avropa reproduktiv və embriologiya məsələləri üzrə illik konfransında məlumat veriləcək.
Hesab edilir ki, bu metodla gələcəkdə fertilliyə mənfi təsir edən əməliyyatlar keçirmiş qadınlar hamilə qala biləcək. Belə ki, onkoloji xəstəliklərin müalicəsi üçün raido və kimyaterapiyadan sonra qadınların reproduktiv qabiliyyətinə mənfi təsir göstərilir. Ona görə çox ölkələrdə qadınlar müalicədən əvvəl follikullarını dondurur ki, ondan yumurtahüceyrə yetişir. Sağaldıqdan sonra pasiyentə bu yumurtahüceyrə autotransplantasiya olunur və hamilə qalmaq şansı yaranır. Lakin leykemiya və yumurtalıqların xərçəngində dondurulan yumurtahüceyrədə də bədxasəlli hüceyrələr ola bilər. və bu hüceyrələrin yenidən qadına köçürülməsi zamanı xəstəlik qayıdır.
Bu yeni metodika ilə gələcəkdə qadınlara ana olmaq şansı yaranacaq.
Siçanlar üzərində aparılan təcrübədə süni yumurtalıqlarda olan follikulların 25%-i 3 həftə müddətində yaşadı. Bu tibb tarixində ilk sübut idi ki, süni orqanda yumurta hüceyrə saxlamaq mümkündür. Lakin süni yumurtalıqların qadına köçürülməsi bir neçə ildən sonra reallaşacaq.